Bank Of Baku

Mikayıl Nərimanoğlu: “AFFA-nın növbəti Konfransı seçki xarakterli deyil”

Mikayıl Nərimanoğlu: “AFFA-nın növbəti Konfransı seçki xarakterli deyil”
# 15 fevral 2013 10:09 (UTC +04:00)

 

Bakı – APA. “AFFA-nın martın 15-də keçiriləcək Konfransı hesabat-seçki xarakterli deyil. Bu, sadəcə, növbəti hesabat Konfransıdır”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.

 

Assosiasiya martın 15-də saat 11:00-da inzibati binasında növbəti konfransını keçirəcəyini açıqlayıb.

 

Nərimanoğlu bildirib ki, hesabat ili ilə bağlı olacaq Konfransda AFFA-nın ötən ilki fəaliyyəti və maliyyə hesabatları müzakirə olunacaq. Eyni zamanda, növbəti hesabat ilinin büdcəsi və görüləcək işlər haqda məlumat veriləcək.

 

“AFFA-nın 4 üzvünə - Peşəkar Futbol Liqası, Sahə Futbol Federasiyaları, Regional Futbol Federasiyaları və İctimai Futbol Təşkilatlarına Konfransa dəvət olunmaq üçün rəsmi məktub göndərilir. Bunlar AFFA-nın Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Həmin qurumlar Nizamnaməyə əsasən səsvermə hüququ olan nümayəndələrinin Konfransda iştirakını təmin etməlidirlər” – deyə, Nərimanoğlu bildirib.

 

Qeyd edək ki, AFFA-nın hesabat-seçki konfransı ötən ilin martın 9-da keçirilmişdi. Onda Rövnəq Abdullayev yekdilliklə prezident postuna yenidən seçilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR