Bank Of Baku

Milli komandamız Lüksemburqa çarter reysi ilə yollanacaq

Milli komandamız Lüksemburqa çarter reysi ilə yollanacaq
# 07 mart 2013 08:44 (UTC +04:00)

 

Bakı – APA. Futbol üzrə Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində qarşılaşacağı Lüksemburqa səfərinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, millimiz bu ölkənin yığması ilə rəsmi oyuna martın 20-də saat 11:00-da yollanacaq. 


Yığmamız çarter reysi ilə 5 saata yaxın yol qət edəcək. Berti Foqtsun yetirmələri son hazırlıqlarını Lüksemburqda keçirərək, martın 22-də Bakı vaxtilə ilə saat 23:15-də oyuna çıxacaq.

Qeyd edək ki, martın 13-də Bakıda təlim-məşq toplanışına başlayacaq millimiz 26-da Portuqaliya yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR