Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 5 pillə irəliləyib. Komandamız siyahıda 277 xalla 118-ci mövqedə qərarlaşıb.
Yığmamızın seçmə mərhələdəki rəqiblərinin də reytinqdəki vəziyyəti dəyişib. 1144 xala malik Portuqaliya 3 pillə geriləyərək, 7-ci pilləyə enib. Rusiya isə 1070 xalla 9-cu pillədə qalıb.
454 xala malik olan İsrailin də mövqeyi dəyişməz qalıb -78-ci yer. Millimizlə ötən ay Belfastda heç-heçə (1:1) edən Şimali İrlandiya 367 xalla 4 pillə irəliləyərək 96-cı olub. Lüksemburq isə eyni sayda pillə geriləyərək, 148-ci yerdə qərarlaşıb – 172 xal.
Qeyd edək ki, siyahıya yenə İspaniya millisi başçılıq edir – 1606 xal.