Cənubi Koreyanın baş naziri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Cənubi Koreyanın baş naziri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
# 27 noyabr 2014 10:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikasının baş naziri Çanq Honqvonun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

APA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıblar, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qonaqlar həmçinin Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR