Bank Of Baku

Paulu Bentu: “Azərbaycanla qarşılaşma həddən artıq vacibdir”

Paulu Bentu: “Azərbaycanla qarşılaşma həddən artıq vacibdir”
# 31 yanvar 2013 11:19 (UTC +04:00)

Bakı-APA. “Ekvador yığması ilə qarşılaşmaya elə futbolçuları çağıracağam ki, onlar milliyə dəstək ola bilsin. Axı bu qarşılaşma bizim üçün vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu deyib.

Mütəxəssis DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də İsrail, 4 gün sonra Azərbaycan yığmaları ilə qarşılaşmalara hazırlıq xarakteri daşıyan yoxlama matçından danışıb. Bentu fevralın 6-da Ekvadorla baş tutacaq oyunu həmin görüşlər öncəsi önəmli olduğunu düşünür: “Yoldaşlıq oyununun nə dərəcədə vacib olması qarşıdakı 2 matçla bağlıdır. Bizim martda İsrail və Azərbaycanla seçmə oyunlarımız var. Həmin görüşlər bizi dünya çempionatına aparan yolda həddən artıq vacibdir. Bu oyunlara hazırlaşmaq baxımından isə Ekvadorla görüş də bu oyunlara hazırlıq baxımından qiymətlidir”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı martın 26-da Bakıda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR