Bank Of Baku

Rəşad Sadiqov: “Məqsədimiz Premyer Liqanın qalibi olmaqdır”

Rəşad Sadiqov: “Məqsədimiz Premyer Liqanın qalibi olmaqdır”
# 09 yanvar 2013 13:18 (UTC +04:00)

Bakı – APA. “Mövsümün birinci yarısında 3 cəbhədə mübarizə apardıq. Oyun qrafikinin sıxlığı səbəbindən komandada yorğunluq hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun kapitanı Rəşad Sadiqov deyib. 

“Ağ-qaralar” qış fasiləsi hazırlığını davam etdirir. Komandanın bugünkü məşqi klubun bazasında baş tutub. Məşqdən sonra Sadiqov artıq yorğunluqlarını arxada qoyduqlarını deyib: “Qış fasiləsində yaxşı istirahət etdik və artıq məşqlərimizi bərpa etmişik. Yanvarın 11-dən hazırlığımızı Türkiyədə keçəcəyik. Məqsədimiz Premyer Liqanın qalibi olmaqdır. Bizi yalnız qızıl medallar qane edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR