Bank Of Baku

Rəşad Sadıqov Qətərlə yoldaşlıq görüşünü buraxa bilər

Rəşad Sadıqov Qətərlə yoldaşlıq görüşünü buraxa bilər
# 16 may 2013 14:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov mayın 29-da Dohada Qətərlə yoldaşlıq görüşünü buraxa bilər. Bu barədə apasport.az saytına 31 yaşlı müdafiəçinin özü məlumat verib. 


Topaz Premyer Liqasının XXXI turunda “Bakı” ilə matçda aldığı zədənin əziyyətini çəkən futbolçu bildirib ki, hər şeyə yaxın günlərdə aydınlıq gələcək: “Müayinənin nəticəsi onu göstərdi ki, ayağımın əməliyyat olunan hissəsində bir az qanama var. Ora maye yığılıb və 1-2-ci dərəcəli əzələ dartılması aşkarlanıb. “Qarabağ”dakı türk həkimin yanında müalicəyə başlamışam. Onun dediyinə görə, 15-20 gün müalicə olunmalıyam. Millinin matçlarına az qaldığından, vaxt itirmək istəmirəm. Qətərə qarşı oynayacağım hələ bilinmir. İyunun 7-də Lüksemburqla Bakıdakı matçda oynamağı çox arzuladığımdan, həmin vaxta kimi tam sağalmaq istəyirəm”.

Sadıqov əvvəllər olduğu kimi, yenə Türkiyəyə getməli olacağını istisna etmir: “Ola bilsin 1-2 günə İstanbula müayinəyə getdim. Millinin almaniyalı həkimləri hazırda vətənlərində olduqlarından, onlarla görüşə bilmirəm. Ancaq müayinənin nəticələrini onlara göndərmişəm”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR