Bank Of Baku

Rusiyalı məşqçi dünyasını dəyişib

Rusiyalı məşqçi dünyasını dəyişib
# 07 yanvar 2016 13:04 (UTC +04:00)

Bakı – APA. Rusiyalı məşqçi Sergey Şustikov bu gün dünyasını dəyişib. Apasport.az saytı xəbər verir ki, o, 46 yaşında Moskvada vəfat edib.

 

“Torpedo”, “Rasinq”, Moskva MOİK-i və “Moskva” klublarının sabiq futbolçusunun ölüm səbəbi hələlik açıqlanmır.

 

1970-ci ildə anadan olan Şustikov “Torpedo” futbol məktəbinin yetirməsi sayılırdı. Sabiq yarımmüdafiəçi 1991-ci ildə SSRİ çempionatının bürünc mükafatını qazanıb. 1996-cı ildə İspaniyaya yollanan Şustikov “Rasinq”lə müqavilə bağlayıb. Karyerasına isə 2004-cü ildə “Moskva” klubunda son qoyub.

 

Bir müddət Moskva MOİK-ində baş məşqçi Leonid Slutskinin köməkçisi kimi fəaliyyət göstərmiş Şustikov 2014-cü ildən paytaxtın digər komandası “Solyaris”i çalışdırırdı.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR