Bank Of Baku

Ruslan Abışov: Azarkeşlərin “istefa” qışqırmaları bizi ruhdan salırdı

Ruslan Abışov: Azarkeşlərin “istefa” qışqırmaları bizi ruhdan salırdı
# 08 iyun 2013 15:46 (UTC +04:00)

Bakı – APA. “Təbii ki, qələbəni əldən verdiyimizə görə məyusuq. İkinci qolu vurmağa yaxın olsaq da, şansımızdan yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və “Rubin”in futbolçusu Ruslan Abışov deyib.

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Lüksemburq görüşündən sonra Ruslan Abışov yerli jurnalistlərin suallarını cavablandırıb.

1:1 hesabı ilə nəticələnən oyunda yeganə qolumuza imza atan Abışov azarkeşləri günahlandırıb: “Hesab 1:1 olandan sonra ruhdan düşdük. Çünki azarkeşlər “istefa” qışqırırdı. Bu da bizi ruhdan salırdı. Üstəlik, baş hakim Branimir Subaşiçə qırmızı vərəqə verməklə bizim ümidlərimizi öldürdü. Mən demək istəyirəm ki, əgər qol buraxdıqdan sonra “istefa” qışqıracaqlarsa, heç belə azarkeşlər gəlib oyunumuza baxmasınlar. Belə şeylər biz futbolçulara, şəxsən mənə çox pis təsir edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR