Bank Of Baku

Ruy Jorje: “Son oyunumuzun Azərbaycan yığması ilə evdə keçirilməsi məni çox razı salır”

Ruy Jorje: “Son oyunumuzun Azərbaycan yığması ilə evdə keçirilməsi məni çox razı salır”
# 01 fevral 2013 11:27 (UTC +04:00)

Bakı-APA. “Qrupumuzda bizə çətinlik yarada biləcək cəmi 1 komanda var ki, bu da Norveç yığmasıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ruy Jorje deyib.

Portuqaliya futbolunun əfsanəsi U-21-lər arasında Avro-2015-in seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. 40 yaşlı mütəxəssis Azərbaycan, Norveç, Makedoniya və İsrail yığmaları ilə birlikdə yer aldıqları 8-ci qrupa düşməklərindən məmnun qalıb: “Biz püşkdən narazı qala bilmərik. Avropa nəhənglərindən heç biri ilə eyni qrupa düşməmişik. Bu da püşk üçün müsbət nəticədir. 2014-cü ilin sentyabrında baş tutacaq son oyunumuzun Azərbaycan yığması ilə evdə keçirilməsi də məni çox razı salır”.

Qeyd edək ki, son turun Portuqaliya – Azərbaycan oyunu 2014-cü il sentyabrın 8-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR