Bakı – APA. Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, 2017-ci ildə Polşada baş tutacaq yarışa 12 vəsiqədən birini qazanmaq arzusunda olan Azərbaycan yığması tarixində 11-ci dəfə final mərhələsinə çıxmaq üçün mübarizəyə başlayacaq.
İlk dəfə AVRO-1996-nın seçmə mərhələsinə qatılan, ardınca baş tutan yarışa qatılmayan millimiz 9 dəfə seçmə qrup mərhələsində oynayıbsa, 1 dəfə qrupa düşmək uğrunda qarşılaşmalardan başıaşağı ayrılıb.
Seçmə mərhələdə 82 matç keçirən komandamız 9 qələbə qazanıb, 13 heç-heçə edib, 60 dəfə uduzub. Futbolçularımız 44 qol vurub, 191-ni buraxıb.
|
Turnir |
O |
Q |
H |
M |
T |
X |
Yer |
|
AÇ-1996 |
10 |
1 |
0 |
9 |
5-36 |
3 |
6-cı |
|
AÇ-1998 |
- |
- |
- |
- |
- |
- |
- |
|
AÇ-2000 |
8 |
1 |
1 |
6 |
5-20 |
4 |
5-ci |
|
AÇ-2002 |
10 |
2 |
3 |
5 |
4-17 |
9 |
5-cı |
|
AÇ-2004 |
8 |
0 |
0 |
8 |
0-22* |
0 |
5-ci |
|
AÇ-2006 |
10 |
0 |
3 |
7 |
1-17 |
3 |
6-cı |
|
AÇ-2007 |
2 |
0 |
0 |
2 |
0-6* |
0 |
- |
|
AÇ-2009 |
10 |
0 |
3 |
7 |
6-21 |
3 |
6-ci |
|
AÇ-2011 |
8 |
1 |
1 |
6 |
8-19 |
4 |
5-ci |
|
AÇ-2013 |
8 |
2 |
1 |
5 |
6-18 |
7 |
4-cü |
|
AÇ-2015 |
8 |
2 |
1 |
5 |
9-15 |
7 |
4-cü |
|
|
82 |
9 |
13 |
60 |
44-191 |
40 |
|
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Bakı vaxtı ilə 12:00-da başlayacaq püşkatma mərasimində qitənin 52 komandası iştirak edəcək. Meydan sahibi Polşa, həmçinin yarışa qatılmayan Cəbəllütariq istisna olmaqla, seçmə mərhələdə oynayacaq yığmalar 6 səbətə bölünüb. Onlar püşkdə 7-də 6, 2-də 5 komanda olmaqla 9 qrup formalaşdıracaq. Qaydalara əsasən, Azərbaycan yığması Ermənistan, Rusiya isə Ukrayna ilə qarşılaşa bilməz.
A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Çex Respublikası, Portuqaliya, Niderland, Danimarka
B səbəti: Rusiya, İsveçrə, İsveç, Serbiya, İsrail, Ukrayna, Slovakiya, Rumıniya, Belçika
C səbəti: Türkiyə, Sloveniya, Avstriya, Şotlandiya, Yunanıstan, Xorvatiya, Norveç, Ermənistan, Monteneqro
D səbəti: Finlandiya, Uels, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, İrlandiya, Belarus
E səbəti: Bolqarıstan, Kipr, Makedoniya, Litva, Azərbaycan, Qazaxıstan, Albaniya, Latviya, Estoniya
F səbəti: Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Malta, San-Marino, Andorra, Lixtenşteyn
Qeyd edək ki, seçmə mərhələ martın 23-də start götürəcək.
Seçmə mərhələdə qrup qalibi olan 9 komanda Polşadakı final mərhələsinə vəsiqə qazanır. İkinci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-offda daha iki vəsiqə uğrunda mübarizə aparacaq.