Bakı Zooparkında gələn il Bakıda keçiriləcək I Avropa oyunlarına hazırlıq işləri görülür

Bakı Zooparkında gələn il Bakıda keçiriləcək I Avropa oyunlarına hazırlıq işləri görülür
# 09 dekabr 2014 13:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Zooparkında gələn il Bakıda keçiriləcək I Avropa oyunlarına hazırlıq işləri görülür.

Bakı Zooparkının direktoru Azər Hüseynov APA-ya açıqlamasında deyib ki, bu gündən etibarən ərazidə təmir işlərinə başlanılıb. Onun sözlərinə görə, döşəmələr, su hovuzları düzəldiləcək, bərkitmə işləri aparılacaq. A.Hüseynov qeyd edib ki, oyunlara hazırlıq çərçivəsində görüləcək işlər ilin sonuna kimi başa çatdırılacaq: “Gələcəkdə problemlərin olmaması üçün qəfəslərdə bərkitmə işləri aparılır, döşəmələr betonlanır. Qəfəslərdə kanalizasiya sisteminin yenidən qurulması məsələsi həll ediləcək, qəfəslərdə döşəmələrin bərpası və möhkəmlənmə işləri görüləcək".

A.Hüseynov əlavə edib ki, bu gün Bakı Zooparkı tam olaraq qış mövsümünə hazırdır: “Bakı Zooparkı ötən ayın sonlarından qış rejiminə keçib. Zooparkın istilik sistemləri təmir olunub və qışa hazırıq. Yem bazamızda kifayət qədər əlavə, ehtiyac yemlərimiz var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR