“Bakı 2015” Avropa Oyunlarında Azərbaycanın ilk idman elçiləri elan edilib - FOTO

“Bakı 2015” Avropa Oyunlarında Azərbaycanın ilk idman elçiləri elan edilib - <span style="color: red;">FOTO
# 19 noyabr 2014 09:51 (UTC +04:00)

APA-nın xəbərinə görə, idmançılar öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçiliblər və qarşıdan gələn oyunlarla bağlı marketinq kampaniyalarında, tədbirin bütün Azərbaycanda təbliğ edilməsində iştirak edəcəklər.

Seçilmiş idmançılar bunlardır: Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (yüngül atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş).

Azərbaycanın gənclər və idman naziri və “Bakı 2015”-in baş icraçı direktoru Azad Rəhimov deyib ki, bu idmançılar ölkənin ən yaxşı idmançılarındandırlar və onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər: “Biz onlardan “Bakı 2015”-in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək.”

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə deyib ki, idman elçiləri proqramı üzrə “Bakı 2015”lə birgə çalışmaqdan məmnunluq duyurlar: “”Bakı 2015” idmançılarımız üçün beynəlxalq arenada bacarıqlarını, öz idman növləri və ölkələrini təmsil etmələri üçün son dərəcə mühüm imkandır və “İdman elçiləri” proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq.”

“Bakı 2015”in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bunları deyib: “İdman elçiləri proqramı birinci Avropa Oyunlarına yardım etmək üçün Avropadan qalib olacağına ümid edən məşhur idmançıların dəstəyindən yararlanacaq və bunun uğurlu olacağına əminik.

Göstərdikləri köməyə görə bütün Azərbaycan idmançılarına təşəkkür etmək istərdik və irəlidən gələn aylarda Bakı 2015-in təbliğ edilməsində onlarla birgə çalışmağı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR