Bank Of Baku

Son 25 ilin ən yaxşı qapıçıları müəyyənləşib

Son 25 ilin ən yaxşı qapıçıları müəyyənləşib
# 18 yanvar 2013 09:24 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 25 il ərzində dünyanın ən yaxşı qapıçılarının reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu ada 226 xalla İtaliya millisinin və “Yuventus”un qolkiperi Canluici Buffon layiq görülüb. 

İkinci yerə 213 xalla İspaniya yığmasının və Madrid “Real”ının qapıçısı İker Kasilyas sahib olub. 201 xal toplayan hollandiyalı əlcək sahibi Edvin van Sar isə 3-cü sırada qərarlaşıb. 

Siyahının 10 ən yaxşı qapıçıları:

1. Canluici Buffon (İtaliya) - 226
2. İker Kasilyas (İspaniya) - 213
3. Edvin van Sar (Hollandiya) - 201
4. Peter Şmeyxel (Danimarka) - 179
5. Oliver Kan (Almaniya) - 162
6. Peter Çex (Çexiya) - 154
7. Xose Luis Feliks Çilavert (Paraqvay) - 146
8. Valter Dzenqa (İtaliya) - 132
8. Andoni Subisarreta (İspaniya) - 132
10. Klaudio Taffarel (Braziliya) - 130

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR