Vaqif Səmədoğlunun səhhətində irəliləyiş var

Vaqif Səmədoğlunun səhhətində irəliləyiş var
# 27 noyabr 2014 08:41 (UTC +04:00)

Bu barədə APA-ya şairin qızı Nigar Vəkilova məlumat verib.

Onun sözlərinə görə, artıq İsraildə V. Səmədoğlunun müalicəsinə başlanılıb: “Müalicə davam edir, səhhətində irəliləyiş hiss olunur. Burdan gedəndə vəziyyəti o qədər də kritik deyildi, amma hər halda, İsraildə müalicə almasına ehtiyac yaranmışdı. Müalicələri bir müddət davam edəndən sonra daha da yaxşılaşacaq, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, V. Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir. O, dünən xüsusi təyyarə ilə İsrailə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR