Bakı – APA. Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubileyinə həsr olunan yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin veteranları ilə hakimlərdən təşkil olunmuş komanda üz-üzə gəlib.
Qarşılaşma Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında baş tutub. Görüşü Hümmət Məmmədov idarə edib.
Məhsuldar alınan qarşılaşmada tamaşaçılar 15 qol görüb. Belə ki, veteran futbolçular ədalət təmsilçilərini böyük hesabla məğlub ediblər – 10:5.
Görüşü izləyənlər arasında yubiley tədbirlərində iştirak üçün dəvət olunan qonaqlar - sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) da olub.