Bank Of Baku

Topaz Premyer Liqasında legioner limitinə yenidən baxılacaq

Topaz Premyer Liqasında legioner limitinə yenidən baxılacaq
# 25 dekabr 2012 13:15 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Topaz Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə “Simurq”un prezidenti Anar Bəkirov, “İnter”in prezidenti Georgi Nikolov, “Qarabağ”ın direktoru Əmrah Çəlikel, “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov, “Xəzər Lənkəran” vitse-prezidenti Tuyqun Nadirov, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov, “Sumqayıt”ın prezidenti Kamran Quliyev, “Turan”ın vitse-prezidenti Namiq Məstanov, “Bakı”ın icraçı-direktoru Yaşar Seyidov, “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev və “Kəpəz”in vitse-prezidenti Kamran Hüseynov iştirak ediblər.

 

Görüş zamanı ölkəmizdə futbolun inkişafı ilə bağlı müxtəlif məsələlər ətraflı müzakirə olunub. Klub nümayəndələri təklif irəli sürüb ki, uşaq futbolunun inkişafı üçün UEFA tərəfindən hər il hər bir kluba ayrılan vəsait qarşıdakı iki il ərzində AFFA tərəfindən onların büdcəsinə ödənilməsin və həmin pul vəsaiti hesabına Tovuz və Gəncə şəhər stadionlarının ot örtüyü yeni süni ot örtüyü ilə əvəzlənsin. 2013-cü ilin mart-aprel ayları ərzində klubların nəzdindəki U-19 komandaları arasında kubok yarışının keçirilməsi barədə razılıq əldə olunub və vurğulanıb ki, bu turnirdə iştirak etmək məcburi deyil.

 

Legionerlərin sifarişi üçün ödənilən vəsait, legioner limiti, eyni zamanda sifariş ərizəsində legioner futbolçuların ümumi limitinin tətbiqi ilə bağlı təklifin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunması təklifi səsləndirilib. Müzakirə olunan digər məsələ Topaz Premyer Liqasının keçirilmə sistemi olub və əksər klublar hazırkı “altılıq” sistemindən razılığını bildirib və təklif olunub ki, növbəti mövsümdən etibarən çempionatın təsnifat mərhələsi qış fasiləsinə qədər başa çatsın.

 

Klub rəhbərlərinə tövsiyə olunub ki, UEFA-nın tələblərinə uyğun olaraq, lisenziyalaşdırma prosesinə, xüsusilə maliyyə meyarı məsələsinə daha diqqət və həssaslıqla yanaşılsın. Klub nümayəndələri görüşün təşkili ilə bağlı AFFA və PFL rəhbərliyinə minnətdarlıq edib. Sonda AFFA-nın rəhbərliyi adından klublara iştirak etdikləri turnirlərdə uğurlar arzulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR