Bank Of Baku

Topaz Premyer Liqasının oyunlarında neftçilərin xatirəsi yad edilib

Topaz Premyer Liqasının oyunlarında neftçilərin xatirəsi yad edilib
# 06 dekabr 2015 14:18 (UTC +04:00)

Bakı-APA. Topaz Premyer Liqasının XV turu çərçivəsində bu gün Lənkəranda baş tutacaq “Xəzər Lənkəran” – “Qəbələ” oyununda hər iki komanda meydana neftçi dəbilqələri ilə çıxıblar.

 

Apasport.az saytının məlumatına görə, “Neftçi”nin futbolçuları da oyuna dəbilqə ilə çıxaraq faciədə zərər çəkmişlərə öz dəstəyini göstərib.

 

Qeyd edək ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğın baş verib. Faciə zamanı 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR