Bakı – APA. “Azərbaycandan oyunçu almağı düşünürük”. Apasport.az saytının məlumatına görə, bunu “Şanlıurfaspor”un baş məşqçisi Bahri Kaya deyib.
Türkiyənin daha bir I dəstə klubu ölkəmizdən futbolçu almağı düşünür. Belə ki, bazada keçirilən məşqdən sonra Kaya mətbuat konfransı keçirib.
O, ölkəmiz və Mərkəzi Asiyanın türkdilli ölkələrindən futbolçu almaq istədiklərini dilə gətirib: “Komandaya kömək edə biləcək 3 futbolçu istəyirik. Transferdə bir az gecikdik. Alacağımız bütün yerli oyunçular başqa komandalarda yer aldı. Biz onsuz da yerli futbolçu artıq almayacağıq. Əcnəbi və türk respublikalarından oyunçu almağı fikirləşirik”.