Bank Of Baku

UEFA “Beşiktaş” klubunu bir il müddətinə avrokubok oyunlarından kənarlaşdırıb

UEFA “Beşiktaş” klubunu bir il müddətinə avrokubok oyunlarından kənarlaşdırıb
# 25 iyun 2013 19:13 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, ali futbol qurumu İstanbul təmsilçisini bir il müddətinə avrokubok oyunlarından uzaqlaşdırıb.

 

Nizam-İntizam Komitəsi “Beşiktaş”ın danışılmış oyunlarda adı keçən keçmiş vitse-prezidenti, hazırda “Beşiktaş” prezidentliyinə namizəd olan Sərdal Adalıya və komandanın sabiq baş məşqçisi Tayfur Havutçuya cəza verməyib. Lakin hər iki şəxs üçün əlavə hesabat istənilib.

 

Qərarla bağlı “qara qartallar” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. CAS etirazları araşdırdıqdan sonra ən gec iyulun 15-nə qədər qərar verəcək.

 

Qeyd edək ki, daha əvvəl UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra “Fənərbaxça” və “Beşiktaş”la bağlı işləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR