Bank Of Baku

UEFA “Fənərbaxça” futbol klubunu növbəti 2 mövsüm avrokubok oyunlarından kənarlaşdırıb

UEFA “Fənərbaxça” futbol klubunu növbəti 2 mövsüm avrokubok oyunlarından kənarlaşdırıb
# 25 iyun 2013 20:35 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, qitə futbol qurumu İstanbulun digər klubunu da avrokuboklardan uzaqlaşdırıb.

 

Belə ki, Nizam-İntizam Komitəsi “qara qartallar”ı 1 il müddətinə cəzalandırmışdırsa, “Fənərbaxça”ya daha çox - “2+1” sxemi ilə avrokubok oyunlarından kənarlaşdırıb.

 

Bununla bağlı “sarı bülbüllər” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. CAS etirazları araşdırdıqdan sonra ən gec iyulun 15-nə qədər qərar verəcək.

 

Qeyd edək ki, daha əvvəl UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra “Fənərbaxça” və “Beşiktaş”la bağlı dosyeləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi.

 

UEFA müfəttişi Migel Palasios “Fənər”in növbəti 2 mövsüm Avropa Kuboklarında uzaqlaşdırmasını, klub prezidenti Əziz Yıldırım, Şekip Mosturoğlu, İlhan Ekşioğlu, Əli Yıldırım və Cəmil Turanın isə cəzalanmasını tələb etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR