APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Avropa futbol assosiasiyalarının 53 üzvündən 52-si bu qərarı dəstəkləyib. Yalnız, uzun müddətdir ki, Avropa çempionatını öz ərazisində keçirməyə çalışan Türkiyə bu qərara qarşı çıxıb. Avro-2020-ni bir necə ölkədə keçirmək ideyası UEFA prezidenti Mişel Platiniyə məxsusdur.
O deyib ki, bu addım maliyyə böhranı vəziyyətində bir qədər qənaət etməyə imkan yaradır. Çempionatın keçirilməsi üçün hazır infrastruktur olan şəhərlər seçiləcək.
Avro-2020-nin keçirilməsinə dair ölkələrdən təkliflərin qəbulu gələn ilin martında başlanacaq.