Bank Of Baku

UEFA Çempionlar Liqası: “Real” və “Borussiya” yarımfinala yüksəlib

UEFA Çempionlar Liqası: “Real” və “Borussiya” yarımfinala yüksəlib
# 09 aprel 2013 22:59 (UTC +04:00)

 Bakı-APA. UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, İspaniyanın turnirdəki 3 təmsilçisindən 2-si səfər sınaqlarına çıxıb. “Real” İstanbulda “Qalatasaray”ın, “Malaqa” Dortmundda “Borussiya”nın qonağı olub.

 

Almaniya klubu 1997-ci ildə qalibi olduğu turnirin yarımfinalına uzun fasilədən sonra çıxmağa yaxın idi. Bunun üçün “Borussiya”ya istənilən hesabla qalib gəlmək yetərliydi. “Malaqa” isə yarışın debütantı olduğundan, bu mərhələyə çıxmağı onun üçün rekorddur və bunu yeniləmək imkanına malik idi.

 

Lakin İspaniya klubu yarımfinalın bir addımlığında olarkən şok yaşayıb. Belə ki, əvvəlcə hesabı açan, fasiləyə bərabərliklə yollanan “Malaqa” 82-ci dəqiqədə meydan sahiblərini daha bir dəfə cəzalandırıb. Amma qonaqlar bu üstünlükərini sona qədər qorumağı bacarmayıblar. Dortmundlular öncə 90-cı dəqiqədə hesaba tarazlıq gətiriblər, 1 dəqiqə sonra isə qələbə topunu vurmağa müvəffəq olublar – 3:2.

 

“Türk Telekom Arena”da keçirilən görüşdə isə “Qalatasaray” 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağı çalışacaqdı. Düzdür, “Cim-Bom” “Kral klubu”nu 3 dəfə mərkəzdən başlamağa məcbur edib. Lakin “aslanlar” ilk oyunda fərqlənən Ronaldon qarşısında, bu dəfə də aciz qalıblar.

 

Beləliklə, “Qalatasaray”a 3:2 hesabı ilə uduzan “Real”, “Borussiya” ilə birgə yarımfinala adını yazdırıb.

 

9 aprel

“Borussiya” (Almaniya) – “Malaqa” (İspaniya) - 3:2

QOLLAR: Levandovski, 40, Roys, 90, Santana, 90+1 - Xoakin, 25, Eliseu, 82

İlk oyun – 0:0

 

“Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) - 3:2

QOLLAR: Ebue, 57, Sneyder, 71, Droqba, 72 - Ronaldo, 8, 90+2

İlk oyun – 0:3

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR