Qoy bunu araşdırsınlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dnepr”in futbolçusu Artyom Fedetski deyib.
Dnepropetrovsk təmsilçisi Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Kiyevdə “Sent-Etyen”lə qalib gəlib – 1:0. Bununla da mərhələ adlayan “Dnepr” Bakıda qeydə alınan biabırçı hakim səhvi sayəsində adını 1/16 finala yazdırıb.
Azərbaycan çempionu “Qarabağ”ın İtaliya “İnter”i ilə qarşılaşmasının son saniyələrində Riçard Almeydanın qolunun qeydə alınmaması hesabına Ukrayna klubu istəyinə çatıb. Kiyevdəki oyunun taleyini həll edən qolun müəllifi olan Fedetski Bakıdakı hakim səhvinin araşdırılmalı olduğunu bildirib: “Qalmaqallar ancaq Ukrayna çempionatında olası deyil ki... Bizdə hakimlər matçdan sonra azarkeşlərin əlindən tribunanın altına yerə qaçırlar. Ola bilər ki, Bakıda da nə isə olub. Araşdırsınlar. Bunun üçün UEFA, FİFA var. Biz isə öz vəzifəmizin öhdəsindən gəlmişik”.