Bank Of Baku

Ünal Aysal: “Meyreleşin azaldılmış cəzasını mənə və “Trabzonspor” prezidentinə kəsdilər”

Ünal Aysal: “Meyreleşin azaldılmış cəzasını mənə və “Trabzonspor” prezidentinə kəsdilər”
# 05 yanvar 2013 09:44 (UTC +04:00)

 

Bakı-APA. “Galatasaray” klubunun prezidenti Ünal Aysal Peşəkar Futbol İntizam Komitəsinin onunla bağlı qəbul etdiyi qərarı sərt şəkildə tənqid edib. APA-nın məlumatına görə, Ünal Aysal qərarla bağlı apelyasiya şikayəti verməyə ehtiyac duymadığını deyib: “Hakimi təhqir edən “Fənərbaxça”nın futbolçusu Raul Meyreleşə verilmiş 11 oyunluq cəzanı 4 oyuna endirdilər. İtmiş nüfuzlarını qorumaq üçün o yeddi oyunluq cəzanın 3 oyunun mənə, 4 oyununu “Trabzonspor” prezidentinə kəsdilər. Apelyasiya şikayəti verməyəcəyəm, çünki şikayət versək, bu dəfə bizə verilənə cəzanı ləğv edib başqasına verərlər. Futbol Federasiyası bitərəfliyini itirib, ona görə bu cür qərarların qəbulu bizi təəccübləndirmir”.

 

Qeyd edək ki, Raul Meyreleşə verilən 11 oyunluq cəzanın 4 oyunla əvəz edilməsindən sonra “Galatasaray” klubu “Tarixi qara ləkə” bağlıqlı bəyanat yayıb. Peşəkar Futbol İntizam Komitəsi bu bəyanatla əlaqədar prezident Ünal Aysalı 21 gün stadionlara daxil olmaq hüququndan məhrum edib və 50 min lirə cərimə kəsib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR