Bakı metrosunda ləngimə olub

Bakı metrosunda ləngimə olub
# 06 noyabr 2014 07:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün səhər saat 07:21 radələrində metronun Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən 12 saylı marşrutun son vaqonunda nasazlıq qeydə alınıb.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N. Paşayevin sözlərinə görə, qatar Qara Qarayev stansiyasında sərnişinləri boşaldıb dalana verərək, daha sonra depoya göndərilib.

“Bu zaman 7 dəqiqəyə yaxın gecikmə qeydə alınıb. Bunun nəticəsi olaraq intervalın normallaşdırılması üçün bəzi xırda ləngimələr meydana gəlib”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR