Bank Of Baku

Yığmamız “Toscana Football Cup 2013” turnirində ikinci yeri tutub

Yığmamız  “Toscana Football Cup 2013” turnirində ikinci yeri tutub
# 27 may 2013 06:41 (UTC +04:00)

Bakı – APA. İtaliyanın Piza şəhərində keçirilən “Toscana Football Cup 2013” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, finala yüksələn Azərbaycan millisi (U-19) həlledici oyunda yerli “Udineze” klubu ilə görüşüb.

 

Güclü yağış üzündən bir neçə dəfə qısa müddətə dayandırılan görüş italiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Ruslan Nəsirli vurub.

 

Bununla, millimiz sayca 9-cu olan ənənəvi turniri 2-ci yerdə başa vurub. 4 qol vuran Namiq Ələsgərov isə turnirin ən yaxşı bombardiri adını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR