Bank Of Baku

Yığmamızın gələn il keçirəcəyi yoxlama oyunlarının sayı açıqlandı

Yığmamızın gələn il keçirəcəyi yoxlama oyunlarının sayı açıqlandı
# 25 dekabr 2014 07:07 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi 2015-ci ildə 3 yoxlama görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, söhbət FİFA “pəncərə”lərində baş tutan oyunlardan gedir.

 

Məsələ ondadı ki, 2015-ci il üçün FİFA təqvimində 5 belə “pəncərə” var. Onların da hərəsi 2 matç üçün nəzərdə tutulub. Yəni, yığmalar il ərzində 10 rəsmi matç keçirə bilər.

 

Bunlar 23-31 mart, 8-16 iyun, 31 avqust-8 sentyabr, 5-13 oktyabr və 9-17 noyabr tarixləridi. Bu günlərdə həm seçmə, həm də yoxlama matçları baş tutacaq.

 

Azərbaycan millisi bu “pəncərə”lər daxilində AVRO-2016-nın 6 seçmə matçına çıxacaq. Martın 28-də Malta, iyunun 12-də Norveç, sentyabrın 3-də Xorvatiya, 6-da Malta, oktyabrın 10-da İtaliya, 13-də Bolqarıstanla üz-üzə gələcək yığmamız üçün cəmi 4 yoxlama oyunu imkanı var.

 

Belə görüşlərdən biri mart, biri iyuna təsadüf edirsə, noyabrda 2 yoxlama matçına çıxmağımız mümkündü. Lakin Robert Prosineçkinin çalışdırdığı millimiz Malta ilə martdakı oyunöncəsi yoxlama matçı keçirməyəcək. Bu isə o deməkdi ki, yığmamız qarşıdakı ildə maksimum 3 rəsmi yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Düzdü, AFFA “pəncərə”dən kənar tarixlərdə də yoxlama matçı təşkil edə bilər. Bu yolla komandamızın görüşlərinin sayının 3, 4 deyil, daha çox da olması mümkündü. Amma FİFA-nın reytinq siyahısında məhz həmin “pəncərə”lərdə baş tutan qarşılaşmaların nəticələri əksini tapır. Təbii ki, nadir hallarda istisna hallar da olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR