“Apasport.az”-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən görüşdə son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verən AFFA prezidenti bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə ötən il ölkəmizdə 17 yaşadək qadınlararası dünya çempionatı lazımi səviyyədə təşkil olunub. Bununla yanaşı son illər infrastrukturun genişləndirilməsi istiqamətində də xeyli işlər görülüb. AFFA tərəfindən beynəlxalq standartlara cavab verən 8 km stadionu və Bayıl stadionu istifadəyə verilib və ölkəmizin müxtəlif ərazilərində yeni stadionlar inşa olunur.
Bakı şəhərində tikilən Olimpiya, Sumqayıt və Qəbələ şəhər stadionları barədə FİFA prezidentinə ətraflı məlumat verilib. Qeyd olunub ki, AFFA bundan sonra da beynəlxalq futbol qurumu ilə əməkdaşlığını daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışacaq.
Regionda ilk dəfə olaraq ötən il ölkəmizdə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin yüksək səviyyədə təşkilinə dəstək verdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Blatter AFFA rəhbərliyinin bu sahədə fəaliyyətindən razı qaldığını qeyd edib. Bildirib ki FİFA-nın regionda əsas tərəfdaşlarından birinə çevrilən AFFA digər beynəlxalq yarışları da təşkil etməyə hazır olduğunu təsdiqləyib: “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təntənəli açılış mərasimində iştirak etdikdən və dövlət başçısı İlham Əliyevlə görüşdən sonra bir daha təsdiqlədim ki, ölkənizdə insan sağlamlığının ilkin mənbələrindən olan idmanın tərəqqisinə böyük diqqət yetirilir. Dünya çempionatının belə möhtəşəm şəkildə keçirilməsinin gələcəkdə digər ölkələr üçün nümunə hesab ediləcəyinə əminəm. Bir sözlə, FİFA-nın 17 yaşadək qadınlararası dünya çempionatının ilk dəfə olaraq müsəlman ölkəsində - Azərbaycanda keçirilməsi ilə bağlı etimadını doğrultduğuna görə ölkənizin ictimaiyyətini təbrik edir və belə yarışlara ev sahibliyi etmək üçün təklifinizi daim yüksək dəyərləndirəcəyimizi bildiririk”.
Azərbaycanda inşa olunan stadionların maketləri ilə bağlı hazırlanan məlumatlar əyani olaraq FİFA rəhbərliyinə təqdim olunduqdan sonra xatirə şəkli çəkdirilib. Görüşdə FİFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier, FİFA-nın üzv assosiasiyalar və inkişaf üzrə direktoru Thierry Regenass və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Yozef Blatter: “Azərbaycanın digər ölkələr üçün nümunə hesab olacağına əminəm” - FOTOSESSİYA
Futbol
Xəbər Lenti
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
Ağdamda traktor minaya düşüb
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək