Bank Of Baku

Yuri Syomin: “Belə bölgü köhnə vaxtlardan qalıb”

Yuri Syomin: “Belə bölgü köhnə vaxtlardan qalıb”
# 14 aprel 2014 10:36 (UTC +04:00)

Bakı – APA. “Bu addımı kifayət qədər əsaslı sayıram. Stanislav Çerçesov psixoloji cəhətdən yaxşı, böyük klubda işləməyi haqq etmiş məşqçidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

 

Moskva “Dinamo”sunun baş məşqçisi postuna Stanislav Çerçesovun gətirilməsinə münasibət bildirən Syomin adı dəfələrlə Azərbaycan komandaları ilə yanaşı hallanan çalışdırıcının təyinatını dəstəkləyib: “Bu klubda özünü göstərmək üçün hər cür şərait var. Çerçesov işi ilə həm komandasının, həm də özünün imicini qaldıra bilər. Onun başqa klub məktəbinin yetirməsi olması haqda deyilənlər isə əsassızdır. Məşqçilər sexinin “spartakçı”, “dinamoçu”lara bölünməsi köhnə vaxtlardan qalmadır, bu bölgü müasir dövr üçün deyil. Əsas məşqçinin səviyyəsidir. Onun komandası xal qazandıqca haradan gəldiyi unudulacaq”.

 

Syomin vaxtilə özünün bu klubda üzləşdiyi problemin artıq olmadığını da qeyd edib: “Onun niyə “Spartak”la müqavilə imzalamaqdan imtinasını səbəbini bilmirik. Görünür ki, “Dinamo”da işləməyə daha məqsədəuyğun sayıb. Axı “Dinamo” da böyük klubdur. Çerçesov üçün bu komanda özününkü olmasa da, uyğunlaşacaq. Çünki əvvəllər dəfələrlə onlarla qarşılaşıb. Həm də indi “Dinamo” da əsasən rusiyalı oyunçulardır. Mənim dövrümdə isə komandada 12 portuqaliyalı var idi. Məncə həmkarım bu şansdan yararlanmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR