Bank Of Baku

Xorvatiya millisinin üzvü "Bavariya"ya qayıtmaqdan imtina edib

Xorvatiya millisinin üzvü "Bavariya"ya qayıtmaqdan imtina edib
# 11 dekabr 2021 12:08 (UTC +04:00)

“İnter”in hücumçusu İvan Perişiç yenidən “Bavariya”nın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu 2019/20 mövsümündə icarə əsasında oynatdığı 32 yaşlı ön xətt oyunçusunu bu dəfə transfer etməyi planlaşdırır.

Lakin Xorvatiya millisinin üzvü Bundesliqa təmsilçisinə qayıtmadan imtina edib. O, gələcəyi ilə bağlı yekun qərarını verməsə də, “Bavariya”ya dönmək fikrindən uzaqdır. “İnter” rəhbərliyi isə müqaviləsi mövsümün sonuna qədər olan futbolçu ilə bağlı tezliklə qərarını açıqlayacaq.

Qeyd edək ki, İvan Perişiç bu mövsüm bütün turnirlərdə keçirdiyi 20 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR