Bakıda Ticarət Mərkəzinin yaxınlığında yanğın olub

Bakıda Ticarət Mərkəzinin yaxınlığında yanğın olub
# 09 iyun 2015 16:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı-Sumqayıt şosesində yerləşən “Ər-Riyad” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.

Yanğın nəticəsində 30 kvadratmetr sahədə quru ot və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR