Bank Of Baku

Lənkəranda bir ailənin üç üzvü yol qəzasında ölüb, ikisi isə yaralanıb

Lənkəranda bir ailənin üç üzvü yol qəzasında ölüb, ikisi isə yaralanıb
# 03 avqust 2008 08:40 (UTC +04:00)
Masallı rayonu Söhbetin kənd sakini, 1985 ci il təvəllüdlü Cəsarət Möhübbət oğlu Kərimovun idarə etdiyi “Jeep-Murano” markalı 10-XM-292 nömrə-nişanlı avtomobil Cəlilabad rayonunun Maşlaq kənd sakini, 1974-cü il təvəllüdlü Mehdi Abbas oğlu Mehdiyevin idarə etdiyi VAZ-2107 markalı 44-BX-873 nömrə nişanlı maşınla toqquşub. Nəticədə “VAZ-2107”-in sərnişinləri, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə sakinləri, 1953-cü il təvəllüdlü Sərraf Mikayıl oğlu Əliyev, onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülnaz Əsəd qızı Əliyeva və qızları 1978-ci il təvəllüdlü Ülkər Sərraf qızı Mehdiyeva hadisə yerindəcə keçiniblər.

“VAZ-2107”-in sürücüsü Mehdi Mehdiyev və sərnişi, 1998-ci il təvəllüdlü Nurlan Eldəniz oğlu Mehdiyev müxtəlif bədən xəsarətləri ilə Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilib.

“Jeep-Murano”nun sürücüsünün taleyi barədə isə məlumat verilmir.

Qeyd edək ki, qəza zamanı maşınlardan biri elektrik dirəklərini qırdığı üçün ətraf ərazilərə elektrik enerjisinin verilişində fasilə yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR