Bank Of Baku

Qobustan rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub

Qobustan rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub
# 03 avqust 2008 20:29 (UTC +04:00)
Qobustan. Hafiz Heydərov-APA. Qobustan rayon Polis Şöbəsinin (RPŞ) yeni inzibati binasının açılışı olub. Bu barədə APA-ya Qobustan RPŞ-nin rəisi Şahin Bəbirov məlumat verib.

Açılış mərasiminə bölgənin hüquq-mühafizə orqanlarının nümayəndələri ilə bərabər daxili işlər nazirinin müavini Əsgər Ələkbərov da qatılıb. Mərasimdə çıxış edən nazir müavini ölkə üzrə, həmçinin Qobustan rayonunda da ötən illə müqayisədə bu il cinayətkarlığın səviyyəsinin xeyli aşağı düşdüyünü bildirib. Polis bölməsinin yeni istifadəyə verilmiş inzibati binasının DİN-nin vəsaiti hesabına yeddi aya ərsəyə gəldiyini dilə gətirən Ə. Ələkbərov bölmənin müasir texniki avadanlıqlarla və kompüterlərlə təchiz edildiyini vurğulayıb.

Rayon polis bölməsinin yeni inzibati binasında həmçinin 16 yerlik müvəqqəti saxlanma təcridxanası da istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR