Bank Of Baku

Azərbaycanın Xaçmaz rayonunda 45 yaşlı kişi intihar edib

Azərbaycanın Xaçmaz rayonunda 45 yaşlı kişi intihar edib
# 04 avqust 2008 08:02 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva – APA. Xaçmazın Xudat qəsəbəsində intihar hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, Rəsulzadə 4 ünvanında yaşayan 1963-cü il təvəllüdlü Zəfər İsgəndər oğlu Babayev bir neçə gün əvvəl itkin düşüb. Ailəsi polisə bu barədə məlumat verəndən sonra Z. Babayevin axtarışına başlanılıb. Onun meyiti Xudatda Mehman Talıbova məxsus tikilməkdə olan evdə asılmış vəziyyətdə tapılıb. Z. Babayev ailəsinə məktub da yazıb. O, məktubunda bir neçə gün əvvəl evdə baş verən münaqişəyə görə ailəsindən üzr istəyib. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR