Bank Of Baku

Çeçen qaçqının Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddia icraata götürülüb

Çeçen qaçqının Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddia icraata götürülüb
# 08 avqust 2008 09:17 (UTC +04:00)
Strasburq – APA. Azərbaycanda həbs olunan və Rusiyaya təhvil verilməsi gözlənilən Əlixan Xasuyev adlı çeçenin qohumlarının Avropa İnsan Haqları Məhkəməsində qaldırdığı iddia icraata götürülüb. APA-nın “İçkeriya-info” agentliyinə istinadən verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Ə. Xasuyev bu il iyunun 30-da Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Sonradan məlum olub ki, onu Rusiyaya ekstradisiya etmək istəyirlər. Ə. Xasuyevin yaxınları və hüquqşünaslar bunun qarşısını almaq üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. “Xasuyev Azərbaycana və Rusiyaya qarşı” adlı iddia icraata götürülüb. Məhkəmənin qərarına qədər Ə. Xasuyevi Rusiyaya təhvil vermək qadağan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR