Bank Of Baku

Oğuzda orta məktəbdən oğurluq edən Kürdəmir sakini tutulub

Oğuzda orta məktəbdən oğurluq edən Kürdəmir sakini tutulub
# 08 avqust 2008 11:01 (UTC +04:00)
Oğuz. Hafiz Heydərov - APA. Oğuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları məktəbdən tikinti materialları oğurlamaqda təqsirləndirilən Kürdəmir sakinini həbs ediblər. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna RPŞ-in rəisi İmaməddin Abbasov məlumat verilib. Rəisin sözlərinə görə, bir neçə gün əvvəl ərazisində tikinti işləri aparılan şəhər 2 saylı orta məktəbin rəhbərliyi polis bölməsinə ərizə ilə müraciət edərək oradan küllü miqdarda tikinti materialının oğurlandığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məktəbdən oğurluq edən şəxsin həmin məktəbdə fəhlə işləyən, Kürdəmir rayon sakini, 1972-ci il təvəllüdlü Şahin Yolçu oğlu Mehdiyevin olduğu müəyyənləşdirilib. Ş. Mehdiyev ilkin dindirilmə zamanı törətdiyi oğurluq əməlini etiraf edib. Faktla bağlı Oğuz RPŞ-də CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR