Bank Of Baku

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Lənkəranda meşə zolağında baş verən yanğına vətəndaşların odla ehtiyatsızlığı səbəb olub

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Lənkəranda meşə zolağında baş verən yanğına vətəndaşların odla ehtiyatsızlığı səbəb olub
# 08 avqust 2008 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) avqustun 7-də saat 17:00 radələrində Lənkəran rayonunun Tükəvilə bələdiyyəsi ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb. ETCN-dən «APA-Economics»ə verilən məlumata görə, yanğına vətəndaşların odla ehtiyatsızlığı səbəb olub. Yanğın Lənkəran Yanğından Mühafizə Xidməti əməkdaşlarının, meşə mühafizə xidməti işçilərinin və yerli əhalinin səyləri nəticəsində söndürülüb. Hadisə nəticəsində vətəndaşların pay torpaqlarına və bələdiyyə mülkiyyətinə məxsus 2 hektar ərazidə quru ot örtüyü və kolluqlara ziyan dəyib. ETSN əhalinin nəzərinə çatdırır ki, kövşənlərin, tarlalardakı alaq otlarının və digər kənd təsərrüfatı ərazisindəki kolluqların yandırılma yolu ilə təmizlənməsi gələcəkdə ciddi ekoloji fəlakətlərə səbəb olmaqla yanaşı, meşələrimizə də ciddi ziyan vura bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR