Bank Of Baku

Azərbaycan FHN: “Lənkərandakı yanğın meşə zolağında baş verməyib”

Azərbaycan FHN: “Lənkərandakı yanğın meşə zolağında baş verməyib”
# 08 avqust 2008 13:50 (UTC +04:00)
Bakı – APA. “Avqustun 7-də Lənkəran rayonunun Tükəvilə bələdiyyəsi ərazisində baş verən yanğınla bağlı mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil. Həmin yanğın meşə zolağında baş verməyib”. Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini, polkovnik Rza Xudiyev deyib.

R. Xudiyev bildirib ki, avqustun 7-də saat 14.27-də Lənkəran DYMX-ə Tükəvilə bələdiyyəsi ərazisində yanğın barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən yanğınsöndürənlər yanğının qarşısını alıblar. Yanğın 18.10-da tam söndürülüb. Hadisə nəticəsində əkin sahələrinə ziyan dəyib, 2 hektar ərazidə quru ot örtüyü yanıb.

R. Xudiyev avqustun 6-da Səbayel rayonu ərazisində baş verən yanğınla bağlı yayılan məlumatların da şişirdildiyini söyləyib. Onun sözlərinə görə, hadisə Şəhidlər Xiyabanının aşağı hissəsində, “Səbayel” istirahət mərkəzinin ətrafında baş verib. İki saatdan çox davam edən yanğın nəticəsində 1 hektar ərazidə quru ot yanıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran rayonunun Tükəvilə bələdiyyəsi ərazisində baş verən yanğına vətəndaşların odla ehtiyatsızlığının səbəb olduğu barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR