Bank Of Baku

Tural Müseyibov: “Şüvəlanda bir ailənin dörd üzvü qadağan olunmuş ərazidə çimərkən batıb”

Tural Müseyibov: “Şüvəlanda bir ailənin dörd üzvü qadağan olunmuş ərazidə çimərkən batıb”
# 08 avqust 2008 14:59 (UTC +04:00)
Bakı – APA. Bütün dövlət və özəl çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sularda Xilasetmə Xidmətinin xilasediciləri var. FHN mətbuat xidmətinin rəhbəri Tural Müseyibov APA-ya bildirib ki, çimərlik mövsümü başlayandan bu günə qədər dövlət və özəl çimərliklərin ərazilərində heç kim batmayıb. Bu mövsümdə dənizdə boğulan şəxslərin hamısı qadağan işarələrinə məhəl qoymadan çimmək üçün qadağan olunmuş ərazilərdə çimərkən batıb. Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində bir ailənin dörd üzvünün boğulmasına gəlincə, Bakı şəhər sakini Əvsən Məmmədli, oğlanları Əliyusif və Hüseyn, bacısı qızı Aygün Məmmədova FHN-in xilasetmə məntəqəsindən 17 km aralıda çimmək üçün qadağan olunmuş ərazidə çimərkən batıblar. Onlar qadağan işarələrinə məhəl qoymadan qayalıq ərazidə dənizə giriblər. Hazırda ailə üzvlərinin meyitlərinin dənizdən çıxarılması üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR