Bank Of Baku

Prezident yanında Əfv Komissiyasının bugünkü iclasında gürcü və əfqan məhbusların müraciətinə baxılıb

Prezident yanında Əfv Komissiyasının bugünkü iclasında gürcü və əfqan məhbusların müraciətinə baxılıb
# 08 avqust 2008 15:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Əfv Komissiyasının bu gün keçirilən iclası başa çatıb. Bu barədə APA-ya Əfv Komissiyasının üzvü, xalq şairi Zəlimxan Yaqub bildirib. Onun sözlərinə görə, ilk iclasında əfqan və gürcü milliyyətindən olan məhbusların müraciətlərinə baxılıb. Z. Yaqub komissiyaya xeyli sayda müraciətin edildiyini, növbəti iclas zamanı həmin müraciətlərə də baxılacağını bildirib. Həbsdə olan jurnalistlərin əfv olunması ilə bağlı məsələnin müzakirəsinə gəlincə, xalq şairi bunun müzakirə edilmədiyini söyləyib. Komissiya üzvü növbəti iclasın vaxtının hələlik məlum olmadığını da deyib.
Qeyd edək ki, komissiya üzvləri daxil olan müraciətləri araşdırdıqdan sonra dövlət başçısına məlumat veriləcək. Növbəti əfv fərmanının yaxın vaxtlarda imzalanacağı gözlənilir. Sonuncu əfv fərmanı bu il martın 18-də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR