Bank Of Baku

Bakı Metropolitenində qatarların hərəkəti 30 dəqiqə dayanıb

Bakı Metropolitenində qatarların hərəkəti 30 dəqiqə dayanıb
# 16 avqust 2008 07:46 (UTC +04:00)
Metro Polisindən APA-ya verilən məlumata görə, şəxsiyyəti məlum olmayan kişi yüngül xəsarət alıb və Klinik Tibb Mərkəzinə yerləşdirilib. Hadisə ilə bağlı qatarın hərəkəti 5 dəqiqəyə yaxın dayandırılıb.

Şahidlər isə APA-ya Həzi-Aslanov-Memar Əcəmi (İçərişəhər) istiqamətində qatarların hərəkətinin 30 dəqiqəyə qədər dayandığını bildiriblər. Maşinistlər sərnişinlərə hərəkətin texniki nasazlıq səbəbindən dayandığını elan ediblər.
Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəsarətlə reanimasiya şöbəsinə yerləşdirilən 23 yaşı Anar İsmayılovun huşu özündədir. Bakı sakini olan A. İsmayılov baş nahiyəsindən travma alıb, burun sümükləri sınıb. Bu saatlarda onun üzərində cərrahiyyə əməliyyatı aparılır. A. İsmayılovun hansı səbəbdən özünü qatarın altına atdığı hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR