Bank Of Baku

Gəncədə əxlaqsızlıq yuvası aşkarlanıb

Gəncədə əxlaqsızlıq yuvası aşkarlanıb
# 19 avqust 2008 10:28 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Gəncə şəhərində əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Gəncədə kirayədə yaşayan Kürdəmir rayonunun Xırdapay kənd sakini, 1959-cu il təvəllüdlü A. M. Kəpəz rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Goranboy rayon sakini, 1955-ci il təvəllüdlü Dilbər Cümşüd qızı Nəsirovanın onu fahişəliyə məcbur etdiyini bildirib. Aparılan araşdırma nəticəsində D. Nəsirovanın Gəncədə yaşadığı Əhməd Cəmil küçəsi, ev 19 ünvanında əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyənləşib. Məlum olub ki, D. Nəsirova gəlir əldə etmək məqsədilə evində kirayə yaşayan A.M.ni fahişəliyə cəlb edib. D. Nəsirova saxlanılıb, barəsində cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR