Bank Of Baku

Qənimət Zahidin kassasiya şikayəti ilə bağlı məhkəmə prosesi təxirə salınıb

Qənimət Zahidin kassasiya şikayəti ilə bağlı məhkəmə prosesi təxirə salınıb
# 19 avqust 2008 10:31 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi ilə bağlı qərardan verilən kassasiya şikayəti üzrə Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Bu barədə APA-ya Qənimət Zahidin vəkili Elçin Sadıqov bildirib. Məhkəmə prosesi avqustun 26-a təyin olunub.

Qeyd edək ki, Q. Zahid Yasamal rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayan qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR