Bank Of Baku

İrandan Azərbaycan qaçaqmalçılıq yolu narkotik vasitə keçirən iki nəfər saxlanılıb

İrandan Azərbaycan qaçaqmalçılıq yolu narkotik vasitə keçirən iki nəfər saxlanılıb
# 19 avqust 2008 15:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yardımlı polisi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirən iki nəfəri həbs edib. Bu barədə APA-ya Yardımlı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şamil Seyidli bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Yardımlının Alçabulaq kənd sakini, 1968-ci il təvəllüdlü Ədalət Yusubov və Sırıq kənd sakini, 1959-cu il təvəllüdlü Yaşar Ağayevdən 1 kiloqram tiryək aşkarlanaraq götürülüb. Narkotik vasitənin Azərbaycana İrandan qaçaqmalçılıq yolu ilə keçirildiyi müəyyənləşib.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR