Bank Of Baku

Azərbaycan paytaxtındakı “Əbu Bəkr” məscidində baş vermiş partlayışla bağlı Zaqatalada xüsusi əməliyyat keçirilib

Azərbaycan paytaxtındakı “Əbu Bəkr” məscidində baş vermiş partlayışla bağlı Zaqatalada xüsusi əməliyyat keçirilib
# 19 avqust 2008 16:02 (UTC +04:00)
RPŞ-yə daxil olan məlumat əsasında şəhər sakini, vəhhabi təriqətinə mənsub, 1973-cü il təvəllüdlü Cavanşir Tağıyevin yaşadığı mənzildə axtarış aparılıb. Axtarış zamanı C. Tağıyevin mənzilində 25 nəfər vəhhabinin toplaşdığı məlum olub. Onlar RPŞ-yə aparılaraq “Əbu Bəkr” məscidində baş vermiş terror hadisəsi ilə əlaqədar dindiriliblər. Saxlanılan şəxslər ifadələri və barmaq izləri alındıqdan sonra sərbəst buraxılıblar.

RPŞ-dən bildirilib ki, saxlanılan şəxslərin arasında “Əbu Bəkr” məscidinin imamının müavini Adil Rəcəbov və 4 nəfər Rusiya vətəndaşı da olub. Bunlar Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Vüqar Əliyev, Rövşən Məmmədov, Sahib Şirinov və Əli Qədirovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR