Bank Of Baku

Həbsxana rəisi Mirzə Sakitə sui-qəsd edilməsinə tapşırıq verdiyi barədə məlumatı təkzib edib

Həbsxana rəisi Mirzə Sakitə sui-qəsd edilməsinə tapşırıq verdiyi barədə məlumatı təkzib edib
# 19 avqust 2008 16:08 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azadlılq” qəzetinin əməkdaşı Mirzə Sakit aclıq aksiyasına başlamaq qərarından daşınıb. Bu barədə APA-ya məhkumun vəkili Əlaif Həsənov bildirib. Bu gün Mirzə Sakitlə görüşən vəkil deyib ki, başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi tələbi ilə sabahdan aclıq aksiyasına başlamaq barədə qərar qəbul etsə də, onun xahişi ilə bu addımı atmayacaq: “Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı bu tələblə bağlı Mirzə Sakitlə görüşüb və ona bildirib ki, başqa cəzaçəkmə müəssisəsinə köçürüləcək. Buna görə də mən ondan xahiş aclığa başlamasın, gözləsin. O da mənimlə razılaşdı”.

Ə. Həsənovun sözlərinə görə, M. Sakit ona qarşı sui-qəsd təşkil olunduğunu da deyib: “Mirzə Sakit müəssisə rəisi Ərşad Həsənovun məhkumlardan birinə ona sui-qəsd etməyi tapşırdığını söylədi”.
Vəkil deyib ki, o, bununla bağlı 14 saylı müəssisəsinin yerləşdiyi ərazi üzrə Qaradağ rayon Prokurorluğuna, Penitensiar Xidmətə müraciət edəcək.

14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ərşad Həsənov isə APA-ya bildirib ki, belə hal olmayıb, onun M. Sakitə qarşı sui-qəsd təşkil etməsi barədə deyilənlər həqiqətə uyğun deyil: “Onların psixi durumu normal deyil, ona görə də istədiklərini danışırlar”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən də APA-ya M. Sakitə qarşı sui-qəsd təşkil olunması barədə deyilənlərin əsassız olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR