Bank Of Baku

Lənkəranda “Seçki prosesi və polis” mövzusunda treninq keçirilib

Lənkəranda  “Seçki prosesi və polis” mövzusunda treninq keçirilib
# 11 sentyabr 2008 22:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev -APA. Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Tətbiqi üzrə birgə İşçi Qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin dəstəyi ilə Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları üçün “Seçki prosesi və polis” mövzusunda treninq keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən İşçi Qrupun üzvü Əliməmməd Nuriyev bildirib ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri, piketlər keçirmək hüququ var. İşçi Qrupun digər üzvü Adil Minbaşı tədbirdə “Seçki Məcəlləsinin 104.14-cü maddəsinin tətbiqi ilə əlaqədar ictimai asayişin qorunmasının xüsusiyyətləri” mövzusunda çıxış edib. İşçi Qrupun Hollandiyadan və Böyük Britaniyadan olan təmsilçiləri öz təcrübələrini polis əməkdaşları ilə bölüşərək onları maraqlandıran sualları cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR