Bank Of Baku

Avtomaşın qaçıran Bakı sakinləri tutulub

Avtomaşın qaçıran Bakı sakinləri tutulub
# 11 sentyabr 2008 11:14 (UTC +04:00)
Bakı-APA. Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Ruzigər Mirzəyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Orxan Abdullayev tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Elman Şıxəliyeva məxsus "Moskiviç-412" markalı avtomaşını qaçırmış Taleh Hüseynov da tutulub. T. Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun martın 5-də Viktoriya Buqriyevaya məxsus "Opel" markalı və mayın 28-də Asif Qurbanova məxsus "Mercedes" markalı avtomaşınlardan oğurluq etməsi də müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR