Bank Of Baku

Azərbaycan vətəndaşı Rusiyada 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan vətəndaşı Rusiyada 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
# 11 sentyabr 2008 12:11 (UTC +04:00)
Voronej-APA. Voronej vilayət məhkəməsi bu ilin martında Belqorod-Pavlovsk şosesində ölümlə nəticələnən yol qəzası törədən avtomobilin sürücüsünü 2,5 il müddətinə azadlıqdan məhrum edib.

APA-nın məlumatına görə, Azərbaycan vətəndaşı olan sürücü Əbdi Yunis oğlu Hüseynovu cəzasını islah-əmək koloniyasında çəkəcək. Qeyd edək ki, 44 yaşlı Əbdi Hüseynovun idarə etdiyi “Jiquli” markalı avtomobil “Podqornoe-Rossoş” istiqamətində hərəkət edən avtobusun qarşısına çıxıb. Yoldan çıxan avtobus dəmiryolu keçidini dağıdaraq 7 metr hündürlükdən yol kənarına yuvarlanıb. Qəza nəticəsində 3 nəfər, o cümlədən “Jiquli”dəki sərnişin həlak olub, 33 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR